2 Aprel 2016 21:45

Serj Sarkisyan qoşunların təmas xəttində baş verən silahlı toqquşma zamanı Ermənistan tərəfinin itkisinin bir qismini etiraf edib.

Teleqraf.com “İnterfaks”a istinadən xəbər verir ki, S.Sarkisyan bildirib ki, Ermənistan tərəfindən 18 nəfər həyatını itirib, təxminən 35 nəfər yaralanıb.

Sarkisyan deyib ki, qoşunların təmas xəttindəki son hadisələr 1994-cü ildə atəşkəsin əldə olunmasından sonra həyata keçirilən ən irimiqyaslı hərbi əməliyyatdır.

Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyinin açıqlamasında qarşı tərəfin 100 dən çox itki verdiyi bildirilib. Eyni zamanda bəzi erməni saytlarında Ermənistan ordusunun itkilərinin 100-dən çox olması barədə məlumatlar yayılıb.

Nərgiz


Müəllif:
Загрузка...