3 Aprel 2016 09:34
612
12 Punto 14 Punto 16 Punto 18 Punto

ATƏT-in sədri və Almaniyanın xarici işlər naziri Frank-Valter Ştaynmayer Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ilə telefon danışığı keçirəcək.

Trend-in məlumatında görə, bu barədə ATƏT-in saytında yerləşdirilən bəyanatda deyilir.

Qeyd olunur ki, Ştaynmayer cəbhə xəttində gərginliyin aradan qalxması üçün fəal səylər göstərir və vəziyyətdən çox narahatdır, çünki atəşkəsin pozulması əvvəlki illərlə müqayisədə yeni səviyyəyə çatıb.

O, həmçinin, münaqişə tərəflərini döyüş əməliyyatlarını dərhal dayandırmağa çağırıb.

Qeyd edək ki, aprelin 2-nə keçən gecə və gün ərzində bütün cəbhə boyu möqelərimiz və yaşayış məntəqələrimiz düşmən tərəfindən intensiv atəşə məruz qalıb. Bunun nəticəsində mülki əhali arasında ölən və yaralananlar var.

Döyüşlərdə ermənilərə məxsus 6 ədəd tank, 15-dək artilleriya qurğusu və möhkəmləndirilmiş mühəndis qurğuları məhv edilib, o cümlədən yüzdən çox hərbi qulluqçusu ölüb və yaralanıb.

Düşmənlə döyüşlərdə Silahlı Qüvvələrimizin 12 hərbi qulluqçusu şəhid olub. Erməni mövqelərinə aviasiya zərbələri zamanı əməliyyata cəlb olunan 1 ədəd Mi-24 helikopteri düşmən tərəfindən vurulub və 1 ədəd tank mina partlayışı zamanı sıradan çıxıb.


Müəllif: