4 Aprel 2016 11:51
1 241

"Mərkəzi Qan Bankında qan ehtiyatı kifayət qədərdir. Sosial şəbəkələrdə qan toplanması ilə bağlı aparılan aksiyaların nazirliyə heç bir dəxli yoxdur və bu demək deyil ki, cəbhəyə göndərməyə qan ehtiyatımız yoxdur".

Bu barədə Teleqraf.com-a Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova məlumat verib.

O bildirib ki, Mərkəzi Qan Bankında hazırda kifayət qədər qan ehtiyatı var:

“Səhiyyə Nazirliyi və onun digər aidiyyatı strukturları iyirmi ildən artıqdır məlumatlıdır ki, ölkə müharibə şəraitindədir. Bu ilk dəfə deyil ki, döyüş olsun, yaralı olsun, çətinlik olsun.

Bütün tibbi briqada, lazımi avadanlıqlıar, o cümlədən qan ehtiyatlı ilə bağlı hər şey yüksək səviyyədə təşkil olunub. Belə də kimsə qan vermək istəsə buyurub müvafiq yerlərə gedə bilər. Amma qan çatışmazlığı ilə bağlı hələlik bizə müraciət olunmayıb”.

Naibə Qurbanova


Müəllif: