4 Aprel 2016 13:17
3 172

Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Ovannisyan ilk dəfə qoşunların təmas xəttində baş verən silahlı toqquşma zamanı ölən erməni hərbçilərinin adlarını və fotolarını paylaşıb.

Teleqraf.com xəbər verir ki, Artsrun Ovannisyan bəzi hərbçilər barədə məlumatları da qeyd edib. O kəşfiyyatçı, pulemyotçu Sasun Mkrtçyan, kapitan Ovsep Kirakosyan və müqavilə əsasında hərbi qulluqçu Nodarik Markaryanın doğum tarixi haqda informasiya yazıb. A.Ovannisyan kapitan Armenak Urfanyan, çavuş Yuri Anatolyeviçin də fotosunu paylaşıb.


Nərgiz


Müəllif: