4 Aprel 2016 14:40
2 295

Ötən gün Tərtər rayonuna öz şəxi avtomobilləri ilə yardım aparan Gəncə sakinləri ermənilərin atdığı ağır artilleriyaya tuş gəlib.

ATV-nin Qarabağ bürosunun məlumatına görə, şəhərin Sadılı yaşayış massivində yaşayan 26 yaşlı Fərman Əsədli və onun qohumu Sadiq Əliyev ermənilərin cəbhədə fəallaşdığını və mülki vətəndaşlara ərzaq eləcə də su aparmaq üçün cəbhəyə yollanıb.

Hər iki şəxs ermənilərin atdığı mərminin avtomobilin yaxınlığında partlaması nəticəsində yaralanıb. Hər iki yaralı özləri Tərtər rayon Mərkəzi Xəstəxanasına gəlsə də, Fərman Əsədli xəstəxanada dünyasını dəyişib. O, Samux rayonun Sərkar kənd qəbiristanlığında torpağa tapşırılıb. Yaxınları yaralanan Sadiq Əliyevin isə vəziyyətinin ağır olduğunu deyirlər.


Müəllif: