4 Aprel 2016 15:07
2 684

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Ovannisyanın guya Azərbaycan xüsusi təyinatlı dəstəsinin kütləvi məhv edilməsi haqda sosial şəbəkədə yaydığı fotoların yalan olduğunu bəyan edib.

Vaqif Dərgahlı Teleqraf.com-a açıqlamasında deyib ki, Ovannisyanın Feysbukda azərbaycanlılara aid etdiyi fotolar əslində Donbas vilayətində döyüşmüş xüsusi təyinatlıların fotoşəkilləridir: “Bu şəkillərin Azərbaycan xüsusi təyinatlı dəstəsinə aidiyyatı yoxdur. Həmin fotoşəkillər iki-üç il bundan əvvəl Ukraynanın döyüş zonasından yayımlanmışdı. İndi Ovannisyan yenidən həmin şəkilləri azərbaycanlıların adına çıxarır, öz hərbi uğurları kimi təqdim edirlər”.

Qeyd edək ki, erməni mediası Artsrun Ovannisyana istinad edərək fotoşəkilləri KİV-lərdə Ermənistan Ordusunun uğuru kimi qiymətləndirib.

Nərgiz


Müəllif: