4 Aprel 2016 19:51
1 094
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xalq artisti Ramiz Novruzun qohumu Fərahim Novruzovun cənazəsi yaşadığı kəndə gətirilir.

Xalq artistinin Teleqraf.com-a açıqlamasına görə, namaz qılındıqdan sonra şəhidimiz son mənzilə yola salınacaq: “İndi Fərahimin cənazəsi kəndə gətirilir. Onu gözləyirik. Bu gün namaz qılındıqdan sonra dəfn ediləcək. Fərahim əsgərliyə orta məktəbdən getmişdi və hərbi xidməti bitmişdi. Son döyüşlərdə dünyasını dəyişdi”.

R.Novruz şəhid olan digər qohumu Təbriz Musazadənin isə zabit olduğunu vurğuladı.

Rəqsanə


Müəllif: