5 Aprel 2016 09:16
1 888
12 Punto 14 Punto 16 Punto 18 Punto

Elektrik yarımstansiyasnın vurulması nəticəsində 11 kənd işıqsız qalıb.

Erməni silahlı birləşmələri cəbhəyanı rayonların infrasturkturuna zərər vurmağa çalışır. ANS PRESS-in Qarabağ bürosunun verdiyi məlumata görə, ağır artilleriya silahlarından istifadə edən qarşı tərəf Ağdam rayonunun Qaradağlı kəndi ərazisindəki elektrik yarımstansiyasnı vurub. Baş verən partlayış 11 kəndi işıqsız qoyub.

Ətrafa səpələnən qəlpələr yarımstansiyanın inzibati binasını da yararsız vəziyyətə salıb. Yaxınlıqdakı Evoğlu kəndinin sakinləri deyir ki, kəndin su təhcizatında da problem yaranıb.

“İşıq keçib qalmışıq belə. Sizin maşını gördük, dedik, görək kimdi, deyək ki, ehtiyatlı olun. Belədi vəziyyət. Sadəcə, bizə işıq versələr, yaxşı olar. Mümkün qədər düzəltsinlər. Kənddəyik, hamımızın mal-qarası var, suyumuz artezian quyularıyladı, elektiriklə. O da olmasa qalacağıq belə” – deyə kənd sakini Zülfü Niftalıyev bildirib.

Rayon İcra Hakimiyyətindən bildirdilər ki, artıq əraziyə baxış keçirilib. Yarımstansiyadan əlavə kəndlərin bir neçəsində elektrik dirəklərinin də sıradan çıxdığı müəyyənləşdirilib. Üstəlik bəzi ərazilərdə qaz təhcizatında da problem yaranıb. Səhər saatlarından etibarən bərpa işlərinə başlanacaq.

Ağdam rayon İcra Hakimiyyətinin başçısı Raqub Məmmədov səhər infrastrukturunun bərpası istiqamətində işlər başladılacağını deyib.

“Səhərə 4 qrup hazırdır ki, kəndlərdə sıradan çıxan işıq xətləri, işıq dirəkləri və eyni zamanda yarımstansiyanın bərpası üçün işə başlasın. Sabahları günün II yarısına qədər orada işləyəcəklər və əhaliyə işıq, qaz veriləcək. Bütün ləvazimatlar var və mütəxəssis qrupu hazır vəziyyətdə gözləyir.”

İH-dən onu da bildirdilər kİ, əgər ehtiyac yaranarsa, işlərin sürətləndirilməsi üçün qonşu rayonlardan da mütəxəssilər dəvət ediləcək.


Müəllif: