5 Aprel 2016 10:35
647
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Ramsarda keçirilən Azərbaycan, Türkiyə və İran xarici işlər nazirlərinin dördüncü üçtərəfli görüşündə iştirak etmək üçün İrana yola düşüb.


Bu barədə Teleqraf.com-a Xarici İşlər Nazirliyindən məlumat verilib.


Görüşdə üçtərəfli regional əməkdaşlıq layihələri və qarşılıqlı faydalı əməkdaşlıq müzakirə olunacaq.


E. Məmmədyarov həmkarlarını cəbhədə yaranmış vəziyyət və Ermənistanın təxribatları barədə məlumatlandıracaq.


Müəllif: