5 Aprel 2016 11:21

“Azərbaycan dünya ictimaiyyətini münaqişənin sülh yolu ilə həllinə səy göstərmək üçün Ermənistana təsir göstərməyə çağırır”.

Teleqraf.com xəbər verir ki, bunu xarici işlər nazirinin müavini Xələf Xələfov Xəzərin hüquqi statusu ilə bağlı işçi qrupunun Bakıda keçirilən 44-cü iclasında deyib. O, təmas xəttində baş verən son hadisələrdən narahat olduğunu qeyd edib: “Ermənistan Azərbaycan ərazisini tərk etməli və münaqişə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır”.

Nazir müavini cəbhədə baş verənlərin məsuliyyətinin Ermənistanın üzərinə düşdüyünü vurğulayıb.


Müəllif:
Загрузка...