5 Aprel 2016 12:47
1 387
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kürdəmirdə Azərbaycan Ordusunun uğurlu döyüş əməliyyatlarına və cəbhədəki vəziyyətlə əlaqədar Ali Baş Komandan İlham Əliyevin qətiyyətli mövqeyinə dəstək aksiyası keçirilib.

Qarabağ müharibəsi əlillərinin, veteranların, ictimaiyyət nümayəndələrinin qatıldığı aksiya iştirakçıları şəhərin mərkəzindən Şəhidlər xiyabanına yürüş ediblər. Yürüş iştirakçıları Vətənimizin azadlığı, torpaqlarımızın bütövlüyü uğrunda şəhid olanların qanını yerdə qalmayacağını söyləyiblər.

Çıxışlarda son günlər erməni qəsbkarlarına endirilən sarsıdıcı zərbədən, onların müdafiə xəttinin dağıdılmasından və döyüş texnikasının məhv edilməsindən, bir sıra zəruri yüksəkliklərin alınmasından fəxrlə söhbət açılıb.

Yürüş iştirakçıları torpaqlarımızın erməni separatçılarından azad edilməsi uğrunda döyüşlərə hazır olduqlarını, Prezident Ali Baş Komandan İlham Əliyevin əmrini səbirsizliklə gözlədiklərini dönə-dönə bildiriblər.


Müəllif: