5 Aprel 2016 13:48
4 631
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qərbi Azərbaycan əyalətinin mərkəzi olan Urmiyanın Şəhər Şurasının keçmiş üzvü, ölkə parlamentinə keçiriləcək seçkilərin ikinci turuna namizəd Ruhulla Həzrətpur bir qrup ictimai-mədəni fəallar qarşısında çıxış edərək, Qarabağ və onun uğrunda gedən savaşdan danışıb.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, çıxışı zamanı Həzrətpur Qarabağda və onun ətrafında gedən qarşıdurmalardan nigaran olduqlarını bildirib: “Qarabağ islam torpağı olmaqla yanaşı, həm də Azərbaycanın ayrılmaz bir hissəsidir. Bu gün islam dünyasında baş verən olaylar dünya müsəlmanlarının ürəyini ağrıdır. Biz dünya müsəlmanlarına istər Qarabağda, istərsə də digər yerlərdə, uğurlar arzulayırıq”.

Samir


Müəllif: