5 Aprel 2016 21:10
891
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müdafiə Nazirliyi son günlər sosial şəbəkələrdə ayrı-ayrı şəxslərin Silahlı Qüvvələrə yardım adı altında əhaliyə çağırışlar edərək onlardan pul və ərzaq istəməsinə, vətəndaşları bu tip kampaniyalara qoşulmağa dəvət etmələrinə münasibət bildirib.

Teleqraf.com-un Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, Silahlı Qüvvələrin bu tipli dəstək və yardım kampaniyalarına heç bir ehtiyacı yoxdur.

“Bununla əlaqədar bildiririk ki, Silahlı Qüvvələrimiz dövlətimizin, şəxsən Azərbaycan prezidenti, Ali Baş Komandan İlham Əliyevin hərtərəfli diqqət və qayğısı ilə əhatə olunub. Ordunun maddi-texniki bazasının möhkəmləndirilməsi, həmçinin, ərzaq və digər təminatının daha da yaxşılaşdırılması üçün böyük işlər görülüb, bu istiqamətdə tədbirlər davam etdirilməkdədir. Ona görə də Silahlı Qüvvələrin bu tipli dəstək və yardım kampaniyalarına heç bir ehtiyacı yoxdur”, - deyə Müdafiə Nazirliyinin mətbuat xidməti qeyd edib.


Müəllif: