6 Aprel 2016 15:18

Erməni general-mayor, “Kommandos” ləqəbli Arkadi Ter-Tadevosyan erməni radiosuna müsahibəsində Dağlıq Qarabağda yaşanan son durumu şərh edərkən bildirib ki, qısa müddətli əməliyyatlar zamanı Azərbaycan tərəfi öz məqsədinə çatıb: "Bizim media hadisələri doğru işıqlandırmır. Onlar yazırlar ki, baş verənlər Azərbaycanın Ermənistana qarşı genişmiqyaslı əməliyyatıdır. Amma Azərbaycanın qarşısına tamamilə fərqli məqsədlər olub. Onlar bizim qoşunlar və texnikamızın dislokasiyasını öyrənmək istədi və bacardılar. Biz onlara nə ilə cavab verdik? Əməliyyat qəfil olduğu üçün bir neçə mövqeni itirdik”.

General deyib ki, Azərbaycan Qarabağ uğrunda gedən son döyüşlərdə müharibə qanunlarına riayət edərək qələbə əldə edib. "Düşünürəm ki, Azərbaycan genişmiqyaslı hücum qərarı verəcəyi təqdirdə faktiki olaraq başladığı işi davam etdirə biləcək”.


Müəllif:
Загрузка...