6 Aprel 2016 17:22
748
12 Punto 14 Punto 16 Punto 18 Punto

ATƏT-in Minsk qrupu Bakıda və Yerevanda tərəflərə sülh danışıqlarına xidmət edəcək atəşin dərhal dayandırılması zərurəti barədə çağırış edib.

Teleqraf.com-un məlumatına görə, bunu Bakıda jurnalistlərə ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik deyib.

Onun sözlərinə görə, atəşkəs rejiminə riayət etmədən sülh danışıqları mümkün olmayacaq: "Bildiyiniz kimi, ABŞ Minsk qrupunu və onun həmsədrlərini dəstəkləyir. Həmsədrlər Prezident İlham Əliyev, müdafiə və xarici işlər nazirləri ilə çox konstruktiv görüş keçirdilər".


Müəllif: