6 Aprel 2016 20:40
3 854
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qoşunların təmas xəttində hərbi əməliyyatların dayandırılması barədə razılaşma əldə olunmasına baxmayaraq, Ermənistan ordusunun bölmələri Goranboyun Tapqaraqoyunlu kəndi istiqamətində mövqelərimizi minaatanlardan atəşə tutub.

Teleqraf.com AzərTac-a istinadən xəbər verir ki, bu saatlarda erməni hərbi birləşmələri həm ordumuzun mövqelərinə, həm də kəndə atəş açırlar.

Saytın əməkdaşlarının kənddə olduğu müddətdə (saat 18.00-19.00) yaşayış məntəqəsinə bir neçə mərmi düşüb, evlərə ziyan dəyib. Həmçinin mövqelərimiz pulemyot və ağır silahlardan atəşə məruz qalıb.


Müəllif: