7 Aprel 2016 21:33
710
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın işğal altındakı Xankəndi şəhərində səfərdə olan ATƏT-in Minsk Qrupunun həmsədrləri separatçı rejimin nümayəndələri ilə görüş zamanı Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin vacibliyini vurğulayıblar.

Teleqraf.com “RİA Novosti”yə istinadən xəbər verir ki, görüşdə həmsədrlər Ceyms Uorlik (ABŞ), İqor Popov (Rusiya) və Pyer Endryu (Fransa) iştirak ediblər.


“Həmsədrlər münaqişənin dinc yolla həllinin zəruriliyini bir daha təsdiq edərək, bu istiqamətdə gələcək addımların perspektivlərini müzakirə ediblər”, - deyə məlumatda bildirilir.

Görüşdə həmçinin ATƏT sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik də iştirak edib.


Müəllif: