7 Aprel 2016 23:44
265

Təmas xəttindəki son döyüşlərdən sonra Ermənistan Silahlı Qüvvələri itkilərin sayını açıqlamaqdan çəkinsə də, bu dəfə də bir hissəsini etiraf edib.

“Qafqazinfo” Ermənistan KİV-nə istinadən xəbər verir ki, aprelin 2-dən bu günə qədər ermənilərin 36 hərbçisi ölüb (27 əsgər və 9 zabit), 122 hərbçisi isə (24 zabit və 98 əsgər) yaralanıb. İtkin düşən 25 nəfərdən 4-nün cəsədi, 1 nəfər isə diri halda taplıb. Hazırda 21 nəfər itkin düşüb. Bu barədə qondarma Dağlıq Qarabağın Müdafiə Nazirliyinin operativ informasiya şöbəsinin rəhbəri Viktor Arustamyan bildirib.

Qeyd edək ki, aprelin 2-nə keçən gecə cəbhədə Ermənistanın təxribatı nəticəsində Azərbaycan silahlı Qüvvələrinin 31 hərbçisi qəhrəmancasına şəhid olub.

Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumatda bildirilir ki, birləşmələrimizin cavab atəşləri nəticəsində erməni tərəfinin 170-dək hərbi qulluqçusu və onlarla zirehli texnikası sıradan çıxarılıb.


Müəllif: