Türkiyədə Suriyaya keçmək istəyən azərbaycanlılar tutulub.
Teleqraf.com-un məlumatına görə, bir necə nəfər qeyri-qanuni yollarla Kilis istiqamətindən Suriyaya keçməyə cəhd edib.
Saxlanılanar arasında Azərbaycan, Livan,Sudan və Səudiyyə Ərəbistanı vətəndaşları olub. Onlar 8 nəfər olublar. Saxlanılanlardan 3-ü Azərbaycan vətəndaşıdır. Daha iki alman isə qaçaq yollarla Türkiyəyə keçməyə çalışıb.
Qaçaqlarla mübarizə üçün Kilis Jandarma Kapitanlığı əməliyyat keçirib. Əsgərlər sərhəddi keçməyə çalışan 8 nəfərə "dayan" əmri veriblər.
Suriyaya keçməyə cəhd edənlər deportasiya edilmək üçün polis bölməsinə təhvil veriliblər./anspress/