17 İyun 2014 10:47
777
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bir neçə rayonun təbii qaz təchizatında məhdudiyyətlər olacaq.

"Azəriqaz" İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən Teleqraf.com-a verilən məlumata görə, qaz ölçü qovşaqlarında görülən işlərlə əlaqədar bu gün saat 13:00-dan 15:00-dək Neftçala rayonuna və Salyan rayonunun bir hissəsinə, saat 15:00-dan 17:00-dək Zərdab, saat 16:00-dan 18:00-dək İsmayıllı, saat 17:00-dan 19:00-dək Masallı rayonlarının bir hissəsinə, həmçinin yenidənqurma və təmir işləri ilə əlaqədar saat 18:00-dək Oğuz, Şəki, Qax, Zaqatala, Balakən rayonlarına və Qobustan rayonunun bir hissəsinə təbii qazın verilişində fasilələr yaranacaq.

Eyni zamanda Z.Bünyadov prospektinə perpendikulyar yol qovşağının yenidən qurulması işləri aparılan zaman 315 mm-lik orta təzyiqli polietilen qaz kəmərinin zədələnməsi ilə əlaqədar saat 6:30-dan Nərimanov rayonunun bir hissəsinə təbii qazın verilişində fasilələr yaranıb. İşlər başa çatandan sonra həmin ərazinin təbii qaz təchizatı bərpa olunacaqdır.


Müəllif: