17 İyun 2014 11:56
1 039
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Təəssüf edirəm ki, bir neçə imzanı çıxmaq şərtilə müasir Azərbaycan ədəbiyyatı dünya xalqlarına layiq olduğu səviyyədə çatdırılmır”.

Teleqraf.com xəbər verir ki, bu sözləri Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev Yazıçılar Birliyinin qurultayında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, bu gün Azərbaycan oxucusu müasir dünya ədəbiyyatının mühüm hissəsindən xəbərsizdir: “Bir çox hallarda əcnəbi yazıçıların əsərləri dilimizə bəsit tərcümə olunur. Arzu edirik ki, Azərbaycan ədəbiyyatında müasir yazarlar uşaq ədəbiyyatına, dramaturgiyaya üz tutsunlar. Xüsusilə də Azərbaycanın ən yaralı yeri olan Qarabağ mövzusu işıqlandırılsın”.

Nərmin


Müəllif: