7 Aprel 2014 23:00
864
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsmayıllı rayonunda, İsmayıllı-Muğanlı yolunun 12-ci kilometrliyində "VAZ" və "Chevrolet" markalı iki minik avtomobilinin toqquşması nəticəsində yol qəzası baş verib.

FHN-nin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, "VAZ" markalı minik avtomobilinin sürücüsü 1957-ci il təvəllüdlü Babayev Bülbül Heybət oğlu hadisə yerində vəfat edib, digər avtomobilin sürücüsü isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yanğınsöndürən-xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalan B.Babayevin cəsədini və "Chevrolet" markalı minik avtomobilinin sürücüsünü çıxararaq Təcili Tibbi Yardım Stansiyasına təhvil veriblər.


Müəllif: Teleqraf.com