18 İyun 2014 11:34
1 041
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünyanın ən böyük axtarış portalı "Google"-da Azərbaycanla bağlı növbəti təxribata yol verilib.

Telqraf.com bildirir ki, "Google maps"in xəritəsində Azərbaycanın işğal olunmuş əraziləri erməni adları ilə verilib. Dağlıq qarabağ ərazisi isə "dağlıq qarabağ respublikası" və ya "artsax respublikası" adı ilə göstərilib.

Bundan başqa Dağlıq Qarabağın ərazisində yerləşən Xankəndi, Xocavənd rayon mərkəzləri erməni toponimləri ilə təsvir olunub. Cəbrayıl, Füzuli, Ağdərə, Qubadlı, Ağdam, Zəngilan, Kəlbəcər rayonlarının, eləcə də Laçın şəhər mərkəzinin adları da dəyişdirilib. Xankəndi Stepanakert, Fizuli Varanda adı ilə göstərilib.


Müəllif: