18 İyun 2014 11:56
1 258
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün bir neçə rayonun təbii qaz təchizatında məhdudiyyətlər olacaq.

“Azəriqaz”-dan verilən xəbərə görə, qaz ölçü qovşaqlarında görülən işlərlə əlaqədar bu gün saat 12.00-dan 14.00-dək Gədəbəy, 14.00-dan 16.00-dək Tərtər, 16.00-dan 18.00-dək Ağdam, 18.00-dək isə İsmayıllı rayonlarının bir hissəsinə təbii qazın verilişində fasilələr yaranacaq.


Mövcud qaz kəmərinin qaz təchizatı mənbəyinə birləşdirilməsi və təmir işləri ilə əlaqədar saat 12.00-dək Siyəzən, 14.00-dək Yasamal, Nərimanov, saat 17.00-dək Xaçmaz, Xətai və Binəqədi, 18.00-dək Kürdəmir, Qazax, Göyçay və Qaradağ rayonlarına təbii qazın verilişində məhdudiyyətlər olacaq.


Həmçinin saat 15.00-dan 18.00-dək isə Sabunçu rayonlarının bir hissəsinə təbii qazın verilişində fasilələr yaranacaq./xezerxeber.com/


Müəllif: