2 May 2016 13:45
1 536
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan ordusunun işğal altındakı Dağlıq Qarabağda yerləşən hərbi birləşmələrinin malik olduğu texnika və artilleriya qurğularının sayı açıqlanıb.

Teleqraf.com modern.az-a istinadən bildirir ki, işğal olunmuş Qarabağ bölgəsində ermənilərin 371 tankı, 324 Piyada Döyüş Maşını (PDM) və Zirehli Transpartyor (ZTR), 44 ədəd "Qrad" artilleriya qurğusu, 102 ədəd D-30 122-mm-lik qaubitsalar, 152 mm-lik qaubitsa-top, 99 ədəd 152 mm-lik 2A36 topları, 100 mm-lik KC-19 zenit topları, 85 mm-lik D-44 divizion topları, 2 ədəd Su-25 qırıcısı və 8 ədəd Mi-24 döyüş helikopterləri var.

Bundan başqa, Dağlıq Qarabağda Ermənistan ordusunun 20 minlik işğalçı korpusunun da yerləşdiyi məlumatlar arasındadır.

Məlumatı erməni tərəfi yaydığından, onun nə dərəcədə həqiqət olub-olmadığı bəlli deyil.


Müəllif: