4 May 2016 13:59
375

Ermənistanın nüvə materialı “çirkli bomba”n yaradılması üçün istifadə oluna bilər.

Teleqraf.com xəbər verir ki, bununla bağlı ABŞ-ın “Washington Times” nəşrində məqalə dərc edilib. Məqalənin müəllifi Beqin-Sadat Mərkəzinin və Bar-İlan Universitetinin baş elmi işçisi Aleksandr Murisondur.

Onun fikrincə, bir müddə öncə ABŞ-ın paytaxtı Vaşinqtonda keçirilən IV Nüvə Təhlükəsizliyi Sammiti qaydaları pozan və sanksiyalara layiq ölkələr üzərində nəzarət sahəsində çatışmazlıqların müzakirə yeri ola bilərdi: “Obamanın səyləri sammit çərçivəsində dünya liderlərinə mühüm görüşlər keçirmək imkanı yaratdı. Digər tərəfdən Azərbaycan prezidenti İlham Əliyevin sammitdə səmimi qarşılanması iki ölkə arasında strateji tərəfdaşılığın, ikitərəfli münasibətlərin və sıx əməkdaşlığın təzahürü oldu.

Gürcüstan hakimiyyətinin nüvə sinfinə aid materialları qanunsuz satmağa cəhd edən bir neçə Ermənistan vətəndaşının saxlaması haqqında yaydığı məlumatlar Cənubi Qafqaz ilə bağlı həyəcan yaradır”.

Müəllif hesab edir ki, hazırda Ermənistanda mövcud olan yüksək radioaktivliyə malik U-238 nüvə maddəsindən bir çox ölümcül təhlükəli və dağıdıcı növ silahların hazırlanmasında istifadə edilə bilər: “Bu cür “çirkli bombalar”ın hazırlanmasının qarşısının alınması dünyanın təhlükəsizliyi və terrorçuluqla mübarizə məsələsində əhəmiyyətə malikdir. U-238 tipli maddələrin satışı ilə bağlı vəzifəli şəxslərin saxlanılması beynəlxalq səviyyədə dərin həyəcan yaradır. Belə bir faktın ortaya çıxması Azərbaycana haqq qazandırır. Rəsmi Bakı hesab edir ki, Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş əraziləri hazırda müxtəlif növ qeyri-qanuni qaçaqmalçılıq üçün istifadə olunur.

Ən böyük təhlükə isə İrəvan tərəfindən istifadə olunan nüvə reaktorlarıdır. Bu nüvə reaktorları istifadə müddətini çoxdan başa vursa da, hələ də istifadə edilir. Bu, regiondakı nüvə həyəcanını yeni mərhələyə qaldırır.

Reaktorların təhlükəli vəziyyəti Vaşinqtondakı nüvə sammitində müzakirə edilib. Obama və digər dünya liderlərinin iştirak etdiyi həmin iclasda Azərbaycan və Türkiyə prezidenti həmin reaktorların nə dərəcədə təhlükəli olduğu ilə bağlı fikirlərini bölüşüblər. Ancaq Ermənistan prezidenti bu məsələni inkar etdi.

Düşünürəm ki, əgər Ermənistanın istifadə etdiyi reaktorlar tək təhlükəsizliyə təhdid deyil, həmçinin “çirkli bombalar” üçün radioaktiv materiallar mənbəyidirsə, bu problem Cənubi Qafqaz regionunu üçün məhdudlaşmamalıdır. Bu məsələ dünya ictimaiyyətinin diqqətindən kənarda qalmamalıdır”.

Samir


Müəllif: