4 May 2016 19:20
1 382
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya İŞİD terror təşkilatına qarşı mübarizə adı altında İraq və Suriya kürdlərini silahlandırır. Teleqraf.com-un xarici mətbuata istinadən verdiyi məlumata görə, İraq Kürd Muxtariyyəti məlumatı təsdiqləyib. Kürdüstan Demokrat Partiyasının (KDP) xarici məsələlər üzrə məsul şəxsi Hemin Havrami Rusiya səfərinin nəticələri barədə açıqlama verərək qeyd edib ki, Kreml İŞİD-ə qarşı mübarizə aparmaq üçün kürd peşmərgələrinə hərbi dəstək verməyə hazırdır.

"Ermənistanın Kürdüstandan 200 kilometr uzaqlıqda yerləşdiyini mənə söylədilər. Bu üzdən bölgəyə dəstək verdiklərini, regionda ortaya çıxa biləcək hər cür təhlükəsizlik və hərbi əməliyyatlardan narahat olduqlarını bildirdilər. Eyni zamanda bu ay bölgəyə kifayət qədər hərbi tenika, silah-sursat göndərəcəklərini qeyd etdilər", deyə Hemin Havrami bildirib.

Qeyd edək ki, ötən ayın əvvəlində cəbhədə hərbi vəziyyət gərginləşən zaman Azərbaycan ordusu düşmənə sarsıdıcı zərbə vurub. Azərbaycan hərbçilərinin məhv etdikləri canlı qüvvələr arasında PKK üzvlərinin də olduğu bildirilib.

Ayxan


Müəllif: