11 May 2016 17:33
210

Azərbaycanın müdafiə naziri cəbhəboyu zonada yeni tikilən hərbi şəhərcikdəki inşa işlərinin gedişatını yoxlayıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, mayın 11-də müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin rəhbər heyəti cəbhəboyu zonada yeni tikilən hərbi şəhərciklərdəki inşa işlərinin gedişatını yoxlayıblar.

Qərargah, əsgər yataqxanaları, döyüş texnikası üçün saxlanclar, sıra meydanı, yeməkxana, qazanxana-camaşırxana-hamamxana kompleksi və tikinti gedən digər obyektlərdə olan nazir müvafiq tapşırıq və tövsiyələrini verib.


Müəllif: