11 May 2016 21:51
762
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa Yayım Birliyi (AYB) "Eurovision 2016" müsabiqəsinin ilk yarımfinalında Ermənistan ifaçısının qondarma “Dağlıq Qarabağ respublikası”nın “bayrağı”nı “Eurovision”a gətirməsi ilə bağlı bəyanat yayıb.

Teleqraf.com xəbər verir ki, Avropa Yayım Birliyi Ermənistan təmsilçisi İveta Mukuchyanın ilk yarımfinal zamanı gözləmə otağında qondarma qurumun “bayrağı”nı dalğalandırmasını pisləyib. Və bu cür hadisələrin “Eurovision” mahnı müsabiqəsinin adına zədələyici təsir göstərəcəyini bildirib. Nəzarət qrupu qaydalara əsasən Ermənistanın yayım hüququ olan “AMPTV”yə qarşı sanksiya tətbiq etməyi qərara alıb. Sanksiyanın nəticəsi nəzarət qrupunun bu ilin iyununda keçiriləcək növbəti iclasında müəyyən olunacaq.

Avropa Yayım Birliyi Ermənistan tərəfindən tolerantlıqdan sui-istifadə edərək qaydaları pozmamağı tələb edir.
Nəzarət qrupu bəyan edir ki, qaydaların pozulması ölkənin bu il müsabiqədən kənarlaşdırılması və digər əlavə tədbirlərin tətbiqi ilə nəticələnə bilər.


Müəllif: