12 May 2016 15:16
184

Bu gün mətbuatda Mingəçevir Dövlət Dram Teatrının baş rejissoru Xəzər Gəncəlinin baş mühəndis Habil Orucovu döyməsi haqqında xəbər yayılıb.

Bu barədə Teleqraf.com-a açıqlama verən Mingəçevir Dövlət Dram Teatrının direktoru Səxavət Məmmədov məlumatı təkzib edib: “Xəzər Gəncəli Habil Orucovu döyməyib. Yaradıcılıq prosesində iki nəfərin arasında mübahisə yaranıb. Eləcə də bu məsələyə görə mən və səbəbkarlar heç birimiz Mədəniyyət və Turizm Nazirliyinə çağrılmamışıq. Nazirlik də bu məsələyə münasibət bildirməyib. Xəzər Gəncəli ilə Habil Orucovun mübahisə etməsinə səbəb səhnədəki işıq problemi olub. Yaradıcılıq prosesində bu kimi məsələlər olur. Hazırda münasibətlər qaydasındadır və hər ikisi işdədir”.

Mingəçevir Dövlət Dram Teatrının truppa müdiri Elşən Məmmədov də bu məsləyə münasibət bildirib: “Münasibətlərində hər hansı problem ola bilər. Amma döymək məsələsinə inanmıram. Teatra olmadığıma görə bu haqda məlumatım yoxdur”.

Qeyd edək ki, bu haqda məlumatı Ölkə.az saytı yayıb.

Rəqsanə


Müəllif: