12 May 2016 21:07
678
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tərtərdə partlamamış top mərmisi aşkar edilib. Bu barədə Teleqraf.com-a Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) məlumat verilib.

Mayın 12-də Agentlik tərəfindən Tərtər, Füzuli, Ağdam və Goranboy rayonlarında aşkar olunan partlamamış hərbi sursatlar (PHS) haqqında hesabat:

Tərtər rayonu

Qarağacı kəndi - 2 ev və həyətyanı sahədə 4 partlayış yerinə baxış keçirilib, 8800 kv.m ərazi yoxlanılıb.

Qapanlı kəndi - 1 ev və həyətyanı sahədə 1 partlayış yerinə baxış keçirilib, 1600 kv.m ərazi yoxlanılıb.

Qaynaq kəndi - 4 otlaq sahəsində 4 partlayış yerinə baxış keçirilib, 1700 kv.m ərazi yoxlanılıb.

Qazyan kəndi - 3 ev və həyətyanı sahədə 8 partlayış yerinə baxış keçirilmiş, 17 000 kv.m ərazi yoxlanılıb, 1 ədəd partlamamış 122 mm-lik top mərmisi aşkar edilərək götürülüb.

Cəmi: Gün ərzində 6 ev və həyətyanı sahədə, 4 otlaq sahəsində 17 partlayış yerinə baxış keçirilib, 1 ədəd 122 mm-lik top mərmisi aşkar olunub, nəticə etibarilə 29 100 kv.m ərazi yoxlanılıb.

Ağdam rayonu

Qaradağlı kəndi - 2 ev və həyətyanı sahədə 2 partlayış yerinə baxış keçirilib, 4500 kv.m ərazi qəlpələrdən təmizlənib, heç bir PHS aşkar olunmayıb.

Baharlı kəndi - 1 əkin sahəsində 2 partlayış yerinə baxış keçirilib, 6000 kv.m ərazi qəlpələrdən təmizlənib, heç bir PHS aşkar olunmayıb.

Cəmi: 2 ev və həyətyanı sahə, 1 əkin sahəsində 4 partlayış yeri aşkar edilib və 10 500 kv.m ərazi təmizlənib.

Füzuli rayonu

Şükürbəyli kəndi - 2 əkin sahəsində 2 partlayış yerinə baxış keçirilib, 478 kv.m ərazi qəlpələrdən təmizlənib, PHS aşkar olunmayıb.

Goranboy rayonu

Tapqaraqoyunlu kəndi - 1 əkin sahəsində 1 partlayış yerinə baxış keçirilib, 300 kv. m ərazi yoxlanılıb, PHS aşkar olunmayıb ("102" Xidməti - Zəng mərkəzi sisteminin məlumatı).

Mayın 12-də 8 ev və həyətyanı sahədə, 8 otlaq sahəsi daxil olmaqla 24 partlayış yerinə baxış keçirilib, 1 ədəd (122 mm-lik top mərmisi) partlamamış hərbi sursat aşkar olunaraq götürülüb. Gün ərzində 40 378 kv.m ərazi təmizlənib.

Ümumilikdə ANAMA tərəfindən 7 aprel - 12 may 2016-cı il tarixlərində Zərdab, Tərtər, Ağcabədi, Ağdam, Füzuli, Goranboy, Tovuz, Samux, Şəmkir, Cəlilabad, Ucar rayonlarında və Bakı şəhərində 469 ev və həyətyanı sahə, 2 hərbi hissə, 2 kənd qəbiristanlığı, 3 kənd orta məktəbi, 1 tibb məntəqəsi, 12 ferma, əkin sahələri və 1 çaxır zavodu ərazisinə baxış keçirilib, 1420 ədəd PHS, 11 ədəd piyada əleyhinə mina (PMN), 2 ədəd piyada əleyhinə POMZ-2 və 6 ədəd tank əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib.

Hazırda Agentlik tərəfindən yaradılmış xüsusi təyinatlı mobil çevik qrupları minaaxtaran itlərin dəstəyi ilə təmas xəttində yerləşən kəndlərdəki evlərlə yanaşı məktəblər və digər obyektlərin yerləşdiyi ərazilərdə əməliyyatları davam etdirir.


Müəllif: