19 İyun 2014 10:30

Çində dünyanın ən böyük binası inşa olunub.

Teleqraf.com bildirir ki, sahəsi 1,76 milyon kvadratmetr olan bu binaya Sidneyin 20 opera teatrı və ABŞ-ın Pentaqon binası böyüklüyündə 3 tikili yerləşə bilər.

“The New Century Global Center” adlanan binanın uzunluğu 500 metr, eni isə 400 metrdir. Burada çoxsaylı ticarət mərkəzləri və ofislər yerləşəcək. Bundan əlavə, binada Beynəlxalq tədbirlərin və yarışların keçirilməsi də nəzərdə tutulur.

Ölkə rəhbərliyi 2020-ci ilədək binanın yerləşdiyi ərazinin yaxınlığında aeroport tikilməsini planlaşdırır./ANS PRESS/


Müəllif: