13 May 2016 01:00
1 277
12 Punto 14 Punto 16 Punto 18 Punto

01:00

"Eurovision 2016"ın ikinci yarımfinalı artıq başa çatdı. 10 ölkə finala vəsiqə qazandı. Həmin ölkələr bunlardı. Latviya, Gürcüstan, Bolqarıstan, Avstraliya, Ukrayna, Serbiya,Polşa, İsrail, Litva və Belçika. Yarışmanın finalı mayın 15-də - Şənbə günü keçiriləcək.

23:00

İsveçin paytaxtı Stokholmdan "Eurovision 2016" müsabiqəsinin ikinci yarımfinalı başladı.

Teleqraf.com xəbər verir ki, müsabiqə İTV kanalında canlı yayımlanır.

Finala keçmək üçün 19 ölkə, Latviya, Polşa, İsveçrə, İsrael, Belarus, Serbiya, İrlandiya, Makedonya, Litva, Avstriya, Sloveniya, Bolqarıstan Danimarka, Ukrayna, Norveç, Gürcüstan, Albaniya və Belçika mübarizə aparır.

Latviyanı "Eurovision"da Just "Heartbeat" mahnısı ilə təmsil edəcək.

Polşa təmsilçisi Michal Szpak "Color Of Your " mahnısı ilə səhnəyə çıxacaq.

İsveçrəni Rykka "The last of our kind " mahnısı ilə səhnədə təmsil edəcək.

İsraili Hovi Star "Made Of Stars" , Belarusiya təmsilçisi Ivan "Help You Fly" , Serbiyanı Sanja Vucic ZAA qrupu "Goodbye" mahnısı ilə təmsil edəcək.

İrlandiya təmsilçisi Nicky Byrne "Sunlight" mahnısı ilə səhnəyə çıxacaq.

Makedoniyanı müğənni Kaliopi "I..."mahnısı ilə təmsil edəcək.

Litva Donny Montel "I've been Waiting for This Night" mahnısı ilə təmsil olunacaq.

Avstriyanı Dami Im "Sound Of Silence" mahnısı ilə təmsil edəcək.

Sloveniya təmsilçisi ManuElla "Blue and Red" mahnısı ilə səhnəyə çıxacaq.

Bolqarıstan Poli Genova "If Love Was a Grime" mahnısı ilə təmsil olunacaq.

Danimarka təmsilçisi Lightshouse X "Soldiers of Lov" mahnısı ilə səhnədə görəcəyik.

Ukraynanı tatar əsilli müğənni Susanna Camaladinova "1944" mahnısı ilə təmsil edəcək.

Həmçinin Norveç Agnete "Icebreaker", Gürcüstan Nika Kocharov "Young Georgian Lolitaz" , Albaniya müğənnisi Eneda Tarifa "Perralle" , Belçikanı isə Laura Tesoro "What's The Pressure" mahnısı ilə təmsil olunur.

Qeyd edək ki, müsabiqənin ilk yarımfinalı mayın 10 - da baş tutub və 10 ölkə finala vəsiqə qazanıb. "Eurovision" müsabiqəsinin finalı isə mayın 14 - də baş tutacaq.

Bildirək ki, müsabiqəyə Fransa, İtaliya, Almaniya, İspaniya, İsveç və Böyük Britaniya finala birbaşa vəsiqə qazanan ölkələrdir.

Onu da qeyd edək ki, Azərbaycan təmsilçisi Səmra Rəhimli ilk yarımfinaldan finala vəsiqə qazanıb.

Rəqsanə


Müəllif: