13 May 2016 14:48
729
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə diş həkimliyində, ortopediyada, beyin və onurğa iliyi cərrahiyəsində istifadə olunan, idxal olaraq başqa ölkələrdən gətirilən və donuzdan hazırlanan sümük tozu artıq Türkiyədə danadan düzəldiləcək.

“Din.az” xəbər verir ki, Türkiyənin ilk yerli heyvan qaynaqlı sümük tozu fabriki qurulur. Səhiyyə Nazirliyi, TÜBİTAK və DTI İmplantın dəstək verdiyi layihənin əməkdaşlıq protokolu bu gün Kocaelində imzalanacaq.implant-donuz

Marmara Teknokent Texnologiya Sərbəst Bölgəsində gerçəkləşəcək mərasimdə imzalar Mərmərə Teknokent Müdiri Dr.Osman Çömlək və DTI İmplant CEO-su Dr.Talat Buğur tərəfindən atılacaq. Fabrikdə, diş həkimliyi, ortopediya, beyin və onurğa iliyi cərrahiyəsində istifadə olunan sümük tozu, artıq Türkiyədə donuz yerinə danadan hazırlanacaq.

khirurgicheskaya_stomatologiya3_Bu yenilik Türkiyədə “halal implant” dövrünü başladacaq. Dünyada sümük tozu istehsal edən yalnız 4 firmanın olduğunu bildirən Buğur “sümük tozunun çoxu donuzdan hazırlanır. Biz isə məhsulu son texnologiya ilə dana sümüyündən istehsal edəcəyik” deyə qeyd edib.

Buğur, məhsulla sadece müsləman ölkələri deyil, dünyanı hədəfə aldıqlarını ifadə edərək “məhsulun sintetik olanı da mövcuddur, yalnız keyfiyyəti zəifdir” deyib.

Çömlek ise “həkimlərin bir çoxu xəstələrinə məhsulun donuzdan hazırlandığını söyləmir. Xəstələrin də dişlərinə qoyulan məhsulun tərkibi haqda soruşmaq ağıllarına gəlmir” deyə bildirib.


Müəllif: