16 May 2016 23:16
517
12 Punto 14 Punto 16 Punto 18 Punto

Birləşmiş Ştatların Dağlıq Qarabağ münaqişəsi zonasında vəziyyətin kövrək olması ilə bağlı narahatçılığı var.

"Report" xəbər verir ki, bu sözləri bazar ertəsi ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Con Kirbi deyib,

O bildirib ki, ABŞ-ın dövlət katibi Con Kerri yaxın saatlarda Vyanada Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarqsyan ilə görüşəcək.

"Mən güman edirəm ki, onlar bizim necə irəliyə gedə biləcəyimizi müzakirə edəcəklər. Dağlıq Qarabağda vəziyyətin kövrəkliyi narahatlıq doğurur ", — deyə Kirbi bildirib.

Onun sözlərinə görə, ABŞ həmişə Dağlıq Qarabağ probleminin sülh yolu ilə həllində maraqlı olub.
"Biz vasitəçilikdən danışmırıq. Lakin bizim zorakılıq səviyyəsinin azaldığını və tərəflərin yaxşı nəticə üzərində işlədiyini görməyimiz vacibdir", - deyə Dövlət Departamentinin nümayəndəsi qeyd edib.


Müəllif: