17 May 2016 00:33
2 330
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Associated Press” agentliyi xəbər verir ki, Vyana görüşündə Ermənistan və Azərbaycana təmas xətti boyunca kameraların yerləşdirilməsi və atəşkəsin pozulması hallarının qeydə alınması və müşahidəçilərin artırılması təklif olunub.

Agentlik bildirir ki, danışıqlar məxfi xarakter daşıdığına görə rəsmilər bu məlumatı anonim şəkildə veriblər. ABŞ rəsmiləri son toqquşmalarda ağır texnikadan istifadədən xüsusilə narahatlıq keçirdilklərini bildirirlər.

Rəsmilər bunu da vurğulayırlar ki, bu regionda Türkiyənin Azərbaycanı güclü şəkildə dəskləməsi və Ermənistanın Rusiya ilə vahid müdafiə təşkilatında olması münaqişəni potensial baxımdan daha təhlükəli edir.

"Bu həll olunan münaqişədir…"

Adının çəkilməsini istəməyən ABŞ rəsmisi isə “Frans-Press” (AFP) agentliyinə deyib ki, “bu həll olunan münaqişədir. Bəzi elə münaqişələr var ki, onları sadəcə olaraq idarə etmək lazımdır. Amma bu münaqişə həll oluna bilər”.

ABŞ Dövlət Departamentinin vəzifəli rəsmisi daha sonra AFP-yə deyib: “Burada hər iki tərəf üçün əlverişli nəticə əldə etmək olar”.

Həmin rəsmi əlavə edib ki, Suriya məsələsindən fərqli olaraq Qarabağ məsələsində Moskva və Vaşinqton arasında fikir ixtilafı yoxdur.


Müəllif: