19 İyun 2014 15:13
1 243
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nazirlikdən “Facebook”a girişdə yaranan problemlə bağlı açıqlama

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Azərbaycanda “Facebook” sosial şəbəkəsinin bağlanması ilə bağlı açıqlama verib.

Nazirliyinin mətbuat xidmətinin rəhbəri Müşfiq Əmirov bildirib ki, “Facebook”a girişlə bağlı yaranan problem Azərbaycanla bağlı deyil: “Ölkədə internetin verilməsində heç bir problem yoxdur.

“Facebook” beynəlxalq sosial şəbəkədir. Digər tərəfdən də bunun Azərbaycanda istifadəsinə də heç bir məhdudiyyət qoyulmayıb”.

Qeyd edək ki, bu gün “Facebook” sosial şəbəkəsinin fəaliyyətində problem yaranıb. Səhifəyə daxil olan minlərlə şəbəkə üzvü "Sorry, something went wrong" ("Bağışlayın, bir şeylər yanlış oldu") xəbərdarlığı qarşılaşıblar./Aznews/


Müəllif: