31 May 2016 10:37
158

Dünya Azərbaycanlıları Konqresinin (DAK) Sədri Dr. Asif Kurban, Türkiyənin yeni Baş naziri Binali Yıldırıma zəng edərək onu Türkiyənin yeni baş naziri seçilməsi münasibətiylə təbrik edib.

Dünya Azərbaycanlıları Konqresi mətbuat xidmətindən Teleqraf.com-a verilən açıqlama qeyd olunur ki, DAK Sədri Dr. Asif Kurban telefon danışığı zamanı, Binali Yıldırımı hakim Ədalət və İnkişaf Partiyasının Sədri seçilməsi, Baş nazir kimi təsdiq olunması, eləcə də Türkiyə Cümhuriyyəti dövlətinin 65-ci hökumətinin vəzifəyə başlaması münasibətiylə təbrik edərək, uğurlar diləyib.

Dr. Asif Kurban bildirib ki, "bir millət iki dövlət" olan Azərbaycan ilə Türkiyənin qardaşlığı və dostluğu tarixin bütün sınaqlarından çıxaraq bu günlərə gəlib və əbədi davam edəcəkdir. DAK sədri eyni zamanda bu qardaşlıq və əməkdaşlığın baş nazir Binali Yıldırımın baş nazirliyi dövründə daha da genişlənərək davam edəcəyinə əmin olduğunu xüsusi vurğulayıb.

Baş nazir Binali Yıldırım da, öz növbəsində Dr. Asif Kurbana təbrik və xoş sözlərindən dolayı təşəkkür edərək, qardaş və dost Azərbaycanla münasibətlərin və əməkdaşlığın bundan sonra da yüksək səviyyədə davam edəcəyini vurğulayıb.


Müəllif: