1 İyun 2016 21:11
536
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident İlham Əliyev iyunun 1-də “ASAN Viza” sisteminin yaradılması barədə fərman imzalayıb.

Fərmana əsasən, Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ölkəyə gələn əcnəbilərə elektron viza verilməsindən ötrü “ASAN Viza” sistemi yaratmalı, onun idarə olunmasını təmin etməlidir.

“ASAN Viza” sisteminin yaradılmasında məqsəd vizaların əldə edilməsində daha uyğun şəraitin formalaşdırılmasıdır.

Sistem viza alınmasında zəruri olan məlumatların bilavasitə elektron təqdim edilməsinə, rüsumların elektron ödənilməsinə imkan verəcək. Elektron vizanı üç iş günü müddətində əldə etmək mümkün olmalıdır.


Müəllif: