22 Dekabr 2016 16:01
899
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Almaniya kansleri Angela Merkel istefaya getməlidir. Bu, Qərbin liberal-demokratik qaydasını qorumaq üçün əsas şərtdir".

Teleqraf.com xəbər verir ki, bu sözlər siyasi şərhçi Mattias Matthusun "Foreign Policy" qəzetində nəşr olunan məqaləsində yer alıb.

Onun sözlərinə görə, hazırda bir çoxları Merkelə müstəqil dünyanın sonuncu ümidi kimi baxır və buna görə də onun növbəti dəfə kansler seçilməsində təkid edirlər: "Bu ümidlər təhlükəlidir. Merkelə mənəvi liderlik mantiyasını vermək, onun kansler vəzifəsində olan 11 ilini düzgün qiymətləndirməmək deməkdir".

Müəllif hesab edir ki, 2008-ci ildə dünya böhranı başladığı andan Merkel dörd cəbhədə uğursuzluğa düçar olub:

"Birincisi, söhbət Avrozonanın kifayət qədər olan problemlərindən gedir. Almaniya hökuməti həll etməyə çalışarkən problemləri daha da dərinləşdirdi və bu, bütün valyuta məzənnələrinin faciəvi nəticələrinə səbəb oldu.

İkincisi, o, Ukrayna böhranının həllində və Rusiya ilə münasibətlərin qurulmasında uğursuzluğa düçar oldu. Almaniya NATO-ya və sanksiya siyasətinə tam güvənirdi. Amma onlar bu fəaliyyətləri ilə Vladimir Putini və onun ölkəsini gücləndirdi. Bundan başqa, indi Merkel ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampa qarşı dayanmalıdır. Çünki Tramp məhdudlaşdırıcı tədbirlərə qarşıdır və Moskva ilə münasibətləri qaydasına salmağa çalışır.

Almaniya kanslerinin Rusiyaya qarşı düşmənçilik siyasəti vəziyyəti daha da gərginləşdirir. ABŞ və Avropa Birliyinin yaxınlaşması Putinin Qərblə əməkdaşlıq etməsinə səbəb ola bilər.

Üçüncüsü, miqrant böhranıdır. Merkel "biz baracağıq" deyib, miqrantları ölkəsinə dəvət etdi və bu zaman bir çoxları onun bu addımını alqışlayırdı. Nəticədə isə onun bu jesti özünə qarşı istifadə edildi və Avropa Birliyi məcbur olaraq Rəcəb Tayyib Ərdoğanla razılığa getdi. Ancaq bu da problemi həll etmədi.

Son olaraq, nə Merkel, nə də Avropa Birliyi Macarıstan və Polşada avtoritarizmin tədricən baş qaldırmasını dayandıra bilməyiblər.

Bununal Merkel sübut etdi ki, bu problemlərdən heç birini həll edə bilmədi.

Belə görünür: əgər Merkel Avropanı bundan sonra da idarə etsə, ABŞ və Rusiya asanlıqla regionda öz güclərindən istifadə edə biləcəklər".

Samir


Müəllif: