22 Avqust 2014 11:09
1 352
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün sabiq prezident Əbülfəz Elçibəyin vəfat etdiyiı gündür.

Teleqraf.com-un Fəxri xiyabandan olan əməkdaşının verdiyi məlumata görə, hazırda mərhum prezidentin Fəxri xiyabanda yerləşən məzarı ziyarət olunur. Orada mərhum prezidentin qardaşı Almurad Əliyev ziyarətə gələnləri qarşılayır.

Səhər saatlarında başlayaraq, insanlar tək-tək gələrək məzarı ziyarət edib gedirlər. Bundan əlavə siyasi partiya təmsilçilərinin də mərhum prezidentin məzarını ziyarət edəcəyi gölənilir. Hazırda Klassik Xalq Cəbhəsi Partiyasının nümayəndələri Fəxri Xiyabanın girişində toplaşıblar. Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası rəhbərliyi və üzvləri isə artıq mərhum prezident Əbülfəz Elçibəyin məzarını ziyarət ediblər.

Nemət


Müəllif: