14 Aprel 2014 17:28
1 903
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünən “Real”ın bazasında həkim personalı və məşqçilər korpusunun iclası baş tutub. Müzakirələrdə Florentino Peres və Ronaldo da iştirak edib.

Teleqraf.com-un verdiyi məlumata görə, həkimlərlə söhbət zamanı Peres Ronaldonu İspaniya kubokunun finalında oynamaması üçün razı sala bilib.

Belə ki, “Barselona” ilə qarşılaşmada futbolçu zədəsini ağırlaşdıra bilərdi.

Peres də “Bavariya” ilə oyun üçün sağlam olması üçün portuqaliyalını dilə tutub.

Xatırladaq ki, Ronaldonun problemi dizindədir. Bu da həddindən artıq fiziki yükün nəticəsidir. Belində yaranan zədə isə ciddi olmayıb.

Aygün İlqarqızı


Müəllif: