17 Fevral 2015 10:36
851
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın dövlət katibinin müavini Viktoriya Nuland artıq Bakıdadır.

ABŞ-ın Azərbaycandakı səfirliyindən Teleqraf.com-a verilən məlumata görə, səfir Robert Sekuta ABŞ-ın dövlət katibinin müavinini Heydər Əliyev adına Hava Limanında qarşılayıb. ABŞ-ın dövlət katibinin müavini V. Nuland yüksək vəzifəli hökumət rəsmiləri ilə ticarət və investisiya, enerji şaxələndirilməsi, təhlükəsizlik və terrorla mübarizə, demokratiya və vətəndaş cəmiyyəti, ikitərəfli əlaqələrin möhkəmləndirilməsi məqsədləri ilə görüşmək, eləcə də Dağlıq Qarabağ münaqişəsinin ədalətli və uzunmüddətli həlli istiqamətində irəliləyişlərin müzakirəsi üçün Bakıdadır.

O, həmçinin vətəndaş cəmiyyəti qrupları nümayəndələri ilə görüşəcək.

V.Nuland Bakıdan sonra Gürcüstan hökumətinin yüksək vəzifəli məmurları, müxalif siyasi xadimləri və vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşmək üçün Tbilisiyə yola düşəcək. O, Tbilisidə ikitərəfli və regional məsələlərin geniş spektrini, o cümlədən Gürcüstanın Avropa inteqrasiya yolunu və ölkənin ərazi bütövlüyünün və suverenliyinin qorunması üzrə səylərini müzakirə edəcək.

Gürcüstandan sonra V.Nuland Ermənistana səfər edəcək. O, Ermənistanla siyasi, iqtisadi əlaqələrin möhkəmləndirilməsini və Dağlıq Qarabağ münaqişəsinin ədalətli və davamlı nizamlanmasında irəliləyişi müzakirə etmək üçün hökumətin yüksəkvəzifəli məmurları, vətəndaş cəmiyyətinin və gənclər təşkilatlarının nümayəndələri ilə görüşəcək.

Nərgiz


Müəllif: