11 Mart 2015 15:44

"Bakı-2015" Avropa Oyunları Əməliyyat Komitəsi bu yay keçiriləcək birinci Avropa Oyunlarına ev sahibliyi edəcək Azərbaycanda yarışların yayımını təmin etmək üçün Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyəti (AzTV) ilə saziş imzalayıb.

Teleqraf.com-un xəbərinə görə, bu barədə Gənclər və İdman naziri Azad Rəhimov bildirib: "AzTV Azərbaycanın milli teleyayım şirkətidir və ölkə əhalisinin 99.96 faizni əhatə edərək misilsiz tamaşaçı kütləsinə malikdir. "Bakı 2015" yarışları 17gün boyunca həm AzTV , həm də AzTVSport (İdman Azərbaycan) kanallarında nümayiş olunacaq".

Azərbaycan Gənclər və İdman naziri idmançıların təhlükəsizliyindən də danışıb: "Biz Avropa Oyunları Komitəsi vasitəsi ilə Bakıya gələn hər bir idmançı və komandaların sayını izləyirik. Ermənistan yunan-Roma güləşi və gimnastika yarışlarında iştirakdan imtina edib. Dünən Ermənistanda icraiyyə komitəsinin iclası keçirilib. İclasda bildirlib ki, idmançılar Bakıdakı oyinıarda iştitark etməkdən imtina edib. Biz heç bir ölkənin daxili işinə qarışmırıq. İstənilən ölkənin idmançısı Bakıda yarışlarda iştirak edə bilər. Nəinki erməni idmançıları, bütün öıkə idmançılarının təhlükəsizliyinə tam təminat verilir. Ən təhlükəsiz məkan idmançıların kəndidir".

Nərgiz


Müəllif: