13 İyul 2015 15:43
1 095
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə koalisiya hökumətinin qurulması üçün bu gün Ədalət və İnkişaf Partiyası (AKP) ilə Cumhuriyyət Xalq Partiyasının (CHP) nümayəndələri görüşəcək.

Teleqraf.com Anadolu Agentliyinə istinadən xəbər verir ki, Türkiyə vaxtı ilə saat 14:00-da (Bakı vaxtı ilə 16:00) başlayacaq görüşdə CHP-ni partiya sədri Kamal Kılıçdaroğlu, sədr müavinıri Haluk Koç, Selin Sayek Böke və Faiq Öztrak təmsil edəcək.

AKP-dən isə görüşdə baş nazir Əhməd Davutoğlu, baş nazirin müavini Numan Kurtulmuş, iqtisadi inkişaf naziri Cevdət Yılmaz, mədəniyyət və turizm naziri Ömət Polad və AKP-nin İstanbuldan olan millət vəkili Ayşe Nur Bahçekapı iştirak edəcək.

Samir


Müəllif: