15 İyul 2015 20:30
204

Prezident İlham Əliyev “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” fərman imzalayıb.

Fərmanda deyilir ki, son illər bankın idarə edilməsi və investisiya-kredit siyasətində yol verilmiş nöqsanlar, o cümlədən riskli investisiya layihələrinin maliyyələşdirilməsi bankın maliyyə vəziyyətinin pisləşməsinə, problemli aktivlərinin artmasına və likvidliyinin azalmasına səbəb olub.

“Ona görə də yaranmış vəziyyətin aradan qaldırılması, bankın maliyyə mövqeyinin bərpası və dayanıqlığının təmin edilməsi üçün problemli aktivlərin bankın idarəetməsindən çıxarılaraq ixtisaslaşmış quruma verilməsi zərurəti yaranıb”, sənəddə deyilir.

Prezidentbankın maliyyə durumunun sağlamlaşdırılması və dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı müvafiq qurmlara tapşırıqlar verib.

Xatırladaq ki, Beynəlxalq Bankının İdarə Heyətinin sədri Cahangir Hacıyev bu il martın 18-də istefa verib.


Müəllif: