20 İyul 2015 22:05
742
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması Avropa İttifaqı üçün prioritet olaraq qalmaqdadır.

APA-nın “NEWS.am”a istinadən verdiyi xəbərə görə, bunu İrəvanda səfərdə olan Aİ Şurasının rəhbəri Donald Tusk Ermənistan prezidenti Serj Sarkisyan ilə keçirdiyi birgə brifinqdə bildirib.


Görüş zamanı tərəflər Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması məsələsi daxil olmaqla beynəlxalq siyasətə dair bir çox məsələləri müzakirə ediblər. “Dağlıq Qarabağ münaqişəsi narahatlıq yaratmaqda davam edir və bu səbəbdən Aİ həmişə Ermənistan və Azərbaycan arasında barışığa nail olunmasına və dialoqun bərpa edilməsinə yönəlmiş səyləri dəstəkləyir”, deyə Tusk əlavə edib.


“Tərəflər atəşkəs sazişinə hörmətlə yanaşmalıdır”, deyə o bildirib.


Müəllif: