6 Aprel 2016 16:52

Almaniya kansleri Angela Merkel ilə Ermənistan prezidenti Serj Sərkisyanın görüşündən sonra mətbuat konfransı keçirilib.

Teleqraf.com "RİA Novosti"yə istinadla xəbər verir ki, Merkel mətbuat konfransında bəyan edib ki, bu ilin iyununda Azərbaycan prezidenti İlham Əliyevin Almaniyaya səfəri gözlənilir:

"Bu səfər artıq planlaşdırılıb. Biz onun problemə münasibəti ilə o zaman tanış olacağıq".

Qeyd edək ki, Serj Sərkisyan bu gün Almaniyaya iki günlük rəsmi səfərə yola düşüb. Onun Almaniya rəsmiləri ilə görüşləri gözlənilir.

Görüşlərin əsas mövzusu isə Dağlıq Qarabağ münaqişə zonasında vəziyyətin kəskinləşməsidir. Cəbhədə vəziyyətin gərginləşməsi Ermənistan rəhbərliyini narahat etməyə başlayıb.

Almaniya kansleri Angela Merkellə görüşdən sonra mətbuat konfransı keçirilib.

Xatırladaq ki, Sərkisyanın Berlinə gəlişini orada yaşayan azərbaycanlılar etirazla qarşılayıblar.

Teleqraf.com


Müəllif:
Загрузка...