11 May 2016 16:13
755
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda akkreditasiya olunmuş xarici ölkələrin hərbi attaşeləri bu gün Tərtər rayonun Əskipara kəndində olublar.

Teleqraf.com-un Qarabağ bölgəsi üzrə müxbiri xəbər verir ki, attaşelərin səfirini Xarici İşlər Nazirliyi təşkil edib.

Məlumata görə, 11 ölkədən 20-yə yaxın hərbi mütəxəssis cəhbə xəttinə gəlib. Onlar mərmi düşən sahənin kənarında görüş keçiriblər. Erməni Silahlı Qüvvələrinin Azərbaycanın dinc sakinlərinə qarşı etdikləri təxribat xarakterli hərəkətləri barədə onlara məlumat verilib. Atılan ag fosfor mərmisi barədə də dttaşelər məlumatlandırılıb.

Xarici İşlər Nazirliyinin mətbuat katibi Hikmət Hacızadə jurnalsitlərə açıqlamasında bildirib ki, bu nümayəndələrin dəvət olunmasında məqsəd onları Ermənistan Silahlı Qüvvələrinin dinc sakinlərə qarşı istifadəsi qadağan olunan silahlardan istifadə etməsi ilə bağlı məlumatlandırmaq olub.

Qeyd edək Ki, ağ fosforlu silahdan istifadə 1980-ci ildə Cenevrə konvensiyası ilə qadağan edilib. Bu mərminin tüstüsü boğucudur və canlıya yüngül təması müalicə edilmir. Öldürücü təsir göstərir. Mərmiyə baxış keçirilərkən hərbi attaşelərə küləyin əks istiqamətində durmaları tövsiyə edilib. O da bildirilib ki, mərmnin axtarışı zamanı ANANA əməkdaşlarından biri qoruyucu kostyumda olmasına baxmayaraq özünü pis hiss edib və ona dərhal tibbi yardım göstərilib.

Xalid Salmanbəyli


Müəllif: