19 May 2016 13:17
237

Bu gün Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) növbəti iclası keçiriləcək. Ölkənin yeni baş nazirinin adı açıqlanacaq.

Teleqraf.com"Anadolu" agentliyinə istinadən xəbər verir ki, iclasdan sonra yerli vaxtla 13:00-da partiya sədrinin müavini və mətbuat katibi Ömər Çelik AKP-nin yeni sədrinin adını açıqlayacaq.

Bununla da Türkiyənin yeni baş nazirinin kimliyi ictimaiyyətə məlum olacaq.

Qeyd edək ki, hazırkı baş nazir Əhməd Davudoğlu mayın 22-də istefa verəcəyini bildirib. Davudoğlunu əvəzləyəcək namizədlərin əvvəlcə 5 olduğu xəbəri yayılmışdı. Bunlar dənizçilik və kommunikasiya naziri Binali Yıldırım, ədliyyə naziri Bekir Bozdağ, Ərdoğanın kürəkəni olan enerji və təbii qaynaqlar naziri Berat Albayrak, səhiyyə naziri Mehmet Müezzinoğlu və Baş nazir müavini Numan Kurtulmuşdur. Lakin Mehmet Müezzinoğlu ilə Numan Kurtulmuşun geri çəkildiyi dəqiqləşib. İndi Baş nazir postuna namizəd kimi üç şəxsin adı çəkilir.

Samir


Müəllif: